Bakıda bina yandı

15 Mart, 2019 11:58 | Hadisə | Baxış sayı: 49
Yanğınsöndürənlər
Yanğınsöndürənlər

10 nəfəri FHN evakuasiya edib

Paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. İstiPress-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, bınanın pilləkən qəfəsinin ikinci mərtəbəsində qaz sayğacı və elektrik kabeli 5 p.m yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.