Bakıda 15 yaşlı qız özünü 16-cı mərtəbədən atdı

15 Mart, 2019 10:28 | Hadisə | Baxış sayı: 105
İntihar edən qız
İntihar edən qız

Mir Fatimə ailəsi ilə birlikdə həmin binada kirayə qalıb

Paytaxtda 15 yaşlı Mir Fatimə adlı yeniyetmə özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

Hadisə martın 14-də, Yasamal rayonu, Əhməd Cavad küçəsi 45 A ünvanında qeydə alınıb.

2003-cü il təvəllüdlü, 11-ci sinif şagirdi Mir Fatimənin liseydə təhsil aldığı, həmin evdə ailəsi ilə birgə kirayədə qaldığı bildirilir. Onun bir qardaşı var.

İstiPress-in məlumatına görə, oxu.az bildirir ki, yeniyetmə qızın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.