Dəhşətli qəzada kəndə toya gedən 2 qardaş ölüb, 1-i yaralıdır - YENİLƏNİB

15 Mart, 2019 16:48 | Hadisə | Baxış sayı: 351
Yol qəzası
Yol qəzası

Minik avtomobili arxadan yük avtomobilinə çırpılıb

Bu gün gündüz saat 13.30 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun Sumqayıt şəhərindən keçən hissəsində qəzada ölənlərin şəxsiyyəti məlum olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, "Nundai"markalı avtomobilin arxadan "Kamaz"a çırpılması nəticəsində 1-cinin sürücüsü, 21 yaşlı Vahid Məzahir oğlu Zəkiyev, sərnişini, onun qardaşı, 24 yaşlı Mikayıl Məzahir oğlu Zəkiyev dünyasını dəyişiblər.

Dəhşətli qəzada Zəkiyevlər ailəsinin daha bir üzvü - 16 yaşlı Fərid Məzahir oğlu Zəkiyev, 19 yaşlı Cəbi Müdirxan oğlu Nəbiyev və 24 yaşlı Cabir Aslan oğlu Cəfərov ağır xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına çatdırılıblar.

Əldə etdiyimiz məlumata görə, qəzada ölənlər və yaralananlar əslən Quba rayonundandır, Bakıda yaşayırlar. Onlar Qubaya yaxın qohumlarının toy məclisinə gedirlərmiş.

Dəhşətli qəzanı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi araşdırır. Cinayət işi açılıb. Ölümün tam səbəbini ayırd etmək üçün avtotexniki və tibbi ekspertizalar təyin edilib. Günahın hansı sürücüdə olması istintaq araşdırmasından və ekspertizaların rəyindən sonra məlum olacaq.

15:58

Bu gün 13:30 Bakı-Quba yolunun 30-cu kilometrliyində 2 nəfərin ölümü ilə nəticələnmiş avtomobil qəzası baş verib. 

İstiPress-in şimal bürosunun məlumatına görə, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində  baş vermiş qəzada 3 nəfər də ağır yaralanıb və Sumqayıt xəstəxanasına yerləşdiriliblər. 

Məlumata görə, "Hyundai" markalı minik avtomobili arxadan "KAMaz"a çırpılıb.

Faktı Baş Dövlət Yol Pollisinin İstintaq və təhqiqat şöbəsi araşdırır.