Bu "vəkil"in pulunu oğurladığı adam var? FOTO

15 Fevral, 2020 12:23 | Hadisə | Baxış sayı: 45
Qandal
Qandal

İş düzəldib, əlillərin maşın növbəsini qabağa çəkən "vəkil" ələ keçdi

Vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, eləcə də barəsində axtarış elan olunmuş Göyçay şəhər sakini Pünhan Qurbanov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oİsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. 

Belə ki, P.Qurbanovun ətrafında aparılan araşdırmalarla onun İsmayıllı, Şirvan, Mingəçevir, Ağdaş, Abşeron rayonlarında ayrı-ayrı vətəndaşlara özünü vəkil kimi təqdim edərək işə düzəltmək, əlillərə veriləcək avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə və başqa vədlər verib inandıraraq onlara qarşı dələduzluq etmiş, xeyli məbləğdə maddi ziyan vurduğu müəyyən olunub. 

P.Qurbanovun digər şəhər və rayonlarda da analoji cinayətlər törətdiyi istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzi xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər və ( 050 ) 280-45-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.