Marşrut avtobusu qadını vurub öldürdü

15 Fevral, 2019 20:57 | Hadisə | Baxış sayı: 95
Təcili yardım maşını
Təcili yardım maşını

Yolu keçərkən marşrut avtobusu onu vurub

İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası verib.

İstiPress-in məlumatına görə, rayon sakini Nərgiz Bağıyeva yolu keçərkən 2 saylı marşrut avtobusu onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, N.Bağıyeva İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında operator vəzifəsində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.