Qubada yanan məktəbdəki dərslər təxirə düşür?

14 Dekabr, 2019 12:10 | Hadisə | Baxış sayı: 96
Yanan məktəb
Yanan məktəb

Məktəb binasının 2-ci mərtəbəsi yararsız hala düşüb

Qubanın yanğın baş vermiş Tülər kənd tam orta məktəbi gələn həftədən iki növbəli fəaliyyətə başlayacaq. Buna səbəb isə məktəbdə baş verən yanğın hadisəsidir.

İstiPress-in Şimal bürosunun məlumatına görə, binanın ancaq birinci mərtəbəsi tədris üçün yararlıdır. Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, məktəb  5 günlük iş həftəsində fəaliyyət göstərir. Qarşıdakı həftənin ilk günündən Tülər məktəbində dərslər iki növbədə olacaq. Dərslər hələlik brinci mərtəbədəki 5 sinif otağında keçiriləcək.

Xatırladaq ki, 115 şagirdin təhsil aldığı məktəbdə 16 müəllim var. Rayon ih rəhbərliyinin və Təhsil Nazirliyinin köməkliyilə yanan məktəbin 2-ci mərtəbəsi bərpa olunacaq.

2 mərtəbəli məktəb binasının 2-ci mərtəbəsində 5 sinif otağı və binanın dam örtüyü - ümumilikdə 250 kv.metr sahədə dam örtüyü tamamilə yanıb. Sinif otaqlarının avadanlığının bir qismi çıxarılsa da bir qismini çıxarmaq mümkün olmayıb. Xoşbəxtlikdən yanğın dərsdən sonra baş verdiyindən xəsarət alan olmayıb. Yanğının odun sobasının dam bacasından və ya elektrik naqillərinin qısa qapanmasından baş verdiyi ehtimal edilir.  Araşdırma başlanılıb.