Qadın bir dəqiqədə milyonçu oldu

14 Dekabr, 2019 10:45 | Hadisə | Baxış sayı: 90
Bank hesabı
Bank hesabı

Onun bank hesabına 37 milyon dollar köçürülüb

Amerikada ayaqqabı mağazasında işləyən bir qadın bir dəqiqənin içində ölkənin ən varlı qadınlarından birinə çevrilib. Qadının hesabında nə az, nə çox düz 37 milyon dollar pul peyda olub. Buna səbəb isə iş adamının səhvi olub.

Rut Ballon adlı qadın bank hesabını yoxlayanda gözlərinə inana bilməyib. Orada milyonlar olub. Qadın dərhal ərinə zəng edərək bu barədə xəbər verib. Kişi isə dərhal banka zəng edib. 

Sonradan bəlli olub ki, yerli iş adamlarından biri bank hesabının nömrəsində səhv edib. Bundan sonra Rut Ballon pulları geri qaytarmalı olub. 

İndi qadının yeganə təsəllisi bank hesabının fotosudur. "Mən rahatlıqla deyə bilərəm ki, milyonçu olmuşam. Mən də ekranın fotosu var".