Bakıda "Mercedes" piyadanı vurub öldürdü

14 Dekabr, 2019 16:02 | Hadisə | Baxış sayı: 41
Vurulan piyada
Vurulan piyada

Həkimlər paytaxt sakinini xilas edə bilməyiblər

Bakıda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. Xətai rayonunun ərazisində - Nobel prospektində yolu keçən paytaxt sakini Yalçın Adilov Bakı şəhər sakini O.Cəfərli idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.