Xaçmazda qatar 20 yaşlı gəncin bədənini iki yerə böldü FOTO, YENİLƏNİB

14 Noyabr, 2019 10:57 | Hadisə | Baxış sayı: 427
Dəmiryol xətti
Dəmiryol xətti

Sərxoş olduğu ehtimal edilən Ağacan qatarın altında qalıb

Xaçmazda 20 yaşlı Ağacan Mehdiyevin qatar vurması nəticəsində ölməsi faktı üzrə bəzi təfərrüatlar məlum olub. Məlumata görə, mərhumun qatarın altında qalan meyiti iki hissəyə bölünüb. Onun ayaqları bədənindən ayrılaraq yolun əks tərəfinə düşüb.

Onun hadisə zamanı sərxoş olub-olmadığını müəyyən etmək üçün qan nümunələri götürülüb. 

Saat 08:45

Xaçmazda 20 yaşlı gənci qatar vuraraq öldürüb. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə Azərbaycan Dövlət Dəmir Yolunun 2506-cı km-də-Xaçmazın Çarxı kəndindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 20 yaşlı Ağacan Maqsud oğlu Mehdiyev dəmiryolu xəttini keçərkən onu qatar vurub. Aldığı xəsarətlərdən Ağacan Mehdiyev yerindəcə ölüb.

Hadisə yerinə Dəmiryolu Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin və Xaçmaz rayon prokurorluğunun əməkdaşları gəlib. Meyit tibbi ekspertiza edilib.

İlkin məlumata görə, gənc hadisə zamanı sərxoş olub. Xaçmaz rayon prokurorluğunda başlanan araşdırma onun sərxoş olub-olmamasını müəyyən edəcək.