Rusiyada erməni çempion güllələndi

14 Noyabr, 2019 12:35 | Hadisə | Baxış sayı: 55
Rusiya polisi
Rusiya polisi

40 yaşlı idmançı evindən çıxarkən hücuma məruz qalıb

Tayboksu üzrə üçqat dünya çempionu əslən erməni olan Aşot Bolyan Rusiyada güllələnib. Cinayət hadisəsi paytaxt Moskvada baş verib.

Polisin məlumatına görə, 40 yaşlı idmançı Naximov prospektindəki evindən çıxıb və avtomobilinə doğru gedib. Burada naməlum şəxs ona hücum edib və başından bir neçə güllə vurub. Daha sonra o gizlənib.

Nəticədə erməni idmançı yerindəcə ölüb. 

Bolyan Erməni idman federasiyası ümumdünya asossasiyasına rəhbərlik edib. 

Hadisənin səbəbləri bilinmir. POlis əməliyyat axtarış tədbirlərinə başlayıb.