Mehriban Əliyeva bankın aldığı evi şəhid ailəsinə qaytardı

14 Noyabr, 2019 10:03 | Hadisə | Baxış sayı: 41
Mehriban Əliyeva
Mehriban Əliyeva

Birinci-vitse prezident şəhidin xanımını da əməliyyat etdirib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid ailəsini sevindirib. O, Şaban Cəfərovun qızı Nərminə Cəfərova "Xalq Bank"da girovda olan mənzili ailəsinə geri qaytarıb. 

N.Cəfərova bildirib ki, anasının müalicəsi üçün 2014-cü ildə Mingəçevir şəhərində yerləşən mənzilini girov qoymaqla "Xalq Bank"dan kredit götürüb. Amma sonradan iki devalvasiya nəticəsində o, kredit borclarını ödəməkdə çətinlik çəkib. Belə olan təqdirdə, kredit ödənilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmənin qərarı ilə onun "Xalq Bank"da girovda olan mənzili hərraca çıxarılıb.

Bundan sonra N.Cəfərova məsələni ictimailəşdirmək qərarına gəlib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə onun girovda olan mənzili geri qaytarılıb. Həmçinin kreditin qalan borcları da Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə ödənilib.

N.Cəfərova bildirib ki, həmin ev 1994-cü ildə Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev tərəfindən atasının şəhid olduğuna görə verilib. Şəhid qızı həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə anasının sentyabr ayında əməliyyat olunduğunu da vurğulayıb.