Azərbaycanlı sürücü Rusiyada qəzada öldü

14 Noyabr, 2019 14:46 | Hadisə | Baxış sayı: 76
Qeza
Qeza

32 yaşlı gənc hadisə yerində ölüb

Rusiya Federasiyasının Dağıstan Respublikasında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, Həştərxan-Mahaçqala magistralında qeydə alınan qəza zamanı “Kia Rio” markalı minik maşını əks yola çıxaraq, “Mercedes” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin 32 yaşlı sürücüsü hadisə yerində ölüb. Yük maşınının 39 yaşlı Azərbaycan vətəndaşı tərəfindən idarə edildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.