Rusiyada "Porsche"dən azərbaycanlı meyiti çıxdı VİDEO

14 Noyabr, 2017 11:00 | Hadisə | Baxış sayı: 210
Azərbaycanlının meyiti olan maşın
Azərbaycanlının meyiti olan maşın

Sürücü yaralı kişini xəstəxanada ataraq qaçıb

Rusiyanın Naro-Fominsk şəhərində azərbaycanlı qətlə yetirilib. İstiPress-in Rusiya mətbuataına istinadla verdiyi məlumata görə, öldürülən şəxs Kalujski vilayətində yaşayan 36 yaşlı X.Nərimanovdur. 

Noyabrın 13-ü "Porsche" markalı avtomobilin sürücüsü yaralını xəstəxanaya gətirib. O, maşında yaralı olduğunu deyərək kömək istəyib. Tibb işçiləri xərək gətirənə kimi isə hadisə yerindən qaçıb. Baş verənlər anbaan təhlükəsizlik kamerasına düşüb.

Sonradan bəlli olub ki, "Porsche"nin sürücüsü kafeyə kimi gedib, orada maşınını qoyaraq izini itirib. İndi onun axtarışı aparılır. Maşının baqajında polis qan izləri aşkar edib. 

Əvvəlcə həkimlər yaralının qəza qurbanı olduğunu zənn ediblər. Lakin sonra onun bədənində bıçaq izləri aşkarlanıb.