Qubada alovu görən 80 yaşlı qadın özünü eyvandan atdı

14 Noyabr, 2017 09:30 | Hadisə | Baxış sayı: 234
Yanğın
Yanğın

Ahıl qadının ancaq ayağı sınıb

Bu gecədə Qubada 80 yaşlı qadının yaralanması ilə nəticələnən yanğın baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə rayaonun Alpan kəndində qeydə alınıb.

Kənd sakini, 80 yaşlı Xanım Balaqadaşovanın ikimərtəbəli evinin dam örtüyündə qəfil yanğın başlayıb. Damdan başlayan yanğının evə keçdiyini görən ev sahibəsi Xanım Balaqadaşova özünü ikinci mərtəbədən həyətə atıb.

Alovlardan xilas olan qadının sağ ayağı sınıb və o dərhal Quba rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Həkimlər 80 yaşlı qadına tibbi yardım edib palataya yerləşdiriblər.

Yanğın yerində FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və işçi qüvvəsi çalışıb. Alaovun yayılamasının qarşısı alınıb və hadisənin səbəbləri araşdırılır. Faktla bağlı Quba polis şöbəsinin əməkdaşları da araşdırmaya başlayıb.