Azərbaycanlı İŞİD-çılar belə qaçdılar - uşaqlara bağlanan bombalar VİDEO, FOTO

14 Noyabr, 2017 11:50 | Hadisə | Baxış sayı: 519
İŞİD
İŞİD

"Bağdadinin köpəkləri"nin Rakkadan qaçış planları üzə çıxdı

Suriyadan çox sayda İŞİD üzvi olan terrorçu və ailəsi çıxarılıb. Terrorçuların paytaxtı hesab edilən Raqqa azad ediləndə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri və Suriya Demokratik Qüvvələri (SDQ) ilə əldə edilmiş anlaşma yüzlərlə İŞİD terrorçusu və onların ailə üzvləri təhlükəsiz şəkildə evakuasiya olunub. İstiPress-in məlumatına görə, bu faktı BBC üzə çıxara bilib.

Şəhərdən çıxarılan terrorçular arasında azərbaycanlılar da olub. “Aralarında çoxlu sayda xarici ölkə vətəndaşı var idi. Fransa, Türkiyə, Azərbaycan, Pakistan, Misir, Yəmən...” - bunu da İŞİD-çilərin daşınmasında iştirak edən sürücü deyib.

İstiPress-in BBC-yə istinadla verdiyi məlumata görə, 250-yə yaxın İŞİD terrorçusu ailələri ilə birlikdə Rakkadan çıxarılıb. İddiaya görə, İŞİD döyüşçüləri onlarla yük maşınına doldurulan silah-sursatla birlikdə Rakkadan ayrılıblar. 

Şəhərdən çıxarılan İŞİD-çılar arasında çox sayda əcnəbi vətəndaşı da var. Onlardan bəziləri Suriyanın başqa ərazilərinə yerləşdirilib, bir qismi isə Türkiyəyə keçib. 

BBC-nin müxbiri yük maşını sürücüləri ilə görüşüb
BBC-nin müxbiri yük maşını sürücüləri ilə görüşüb

BBC-nin reportajında yük maşaını sürücüsü olan Əbu Fevzi və yoldaşlarının danışdıqları da yer alıb. Sürücülər deyirlər ki, oktyabrın 12-də SDQ onlarda Fərat çayı sahilindəki Tabka şəhərindəki savaşdan qaçan mülkiləri şimaldakı bir düşərgəyə aparmalarını istəyib. Ancaq yük maşınları ətraziyə toplaşandan sonra onların mülkilər yox, İŞİD üzvləri, nların ailələləri və tonlarla silah-sursat olduqlarını görüblər. Sürücülərə bu gizli əməliyyat üçün minlərlə dollar sözü verilib.

"Rakkaya girdiyimiz andan çox qorxurduq. Bizə ASO-nun  maşınalrı müşayiət edəcəyi deyilmişdi. Amma bu baş vermdi. İŞİD-çılar nəinki öz, uşaqların və qadınlarının üzərlərinə "canlı bomba jiletləri" bağlamışdılar. əgər nə isə düzgün getməsə bütün karvanı havaya uçurdacaqdılar". 

Bu gizli razılığın sızmamasına çalışsa da, BBC-nin üzə çıxardığı mənbələr məsələnin üstünü aça biliblər. Ələ keçirilən gizli görüntülərdə də yük maşınları ilə daşınanlar arasında əlləri silahlı şəxslərin də olduqları görünür. 

Gizli çəkilən və internetdə yayılan videolarda da, terrorçuların avtobus və yük maşınları ilə şəhərdən necə çıxarıldıqları görünür. Videonu çəkənlər Rakkadan gedən silahlıları "Bağdadinin köpəkləri" adlandırıblar.