Azərbaycanın cənub qonşusunda matəmdir FOTOLAR

14 Noyabr, 2017 09:00 | Hadisə | Baxış sayı: 188
İran
İran

Zəlzələ qurbanlarının sayı 445-ə çatdı

İranda noyabrın 12-də baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin xatirəsinı bu gün matəm elan edilib. İstiPress-in məlumatına görə, ölkədə zəlzələ qurbanlarının sayı 445 nəfərə çatıb. Yeddi minə yaxın insan isə yaralanıb. Lakin bu hələ son deyil. On minlərlə ev dağıldıb və bu dağıntılar altında insanların olduğu istisna edilmir. 

İran-İraq sərhəddində baş verən zəlzələnin gücü 7,2 bal olub. Təkanlar daha çox İrana və İraqa ziyan vurub. Ölüm faktlarının (İraqda 8 ölü) da böyük əksəriyyəti məhz İranın payına düşüb.  Təkanlar Azərbaycanda daxil olmaqla 6 ölkədə hiss edilib. 

İran və İraqın bəzi hissələri elektrik enerjisiz qalıb. Təkanların təkrarlanacağından ehtiyat edən insanlar ikinci gecəni də küçələrdə keçirməyə məcbur olublar.

İranda zəlzələ nəticəsində dağılan evlər
İranda zəlzələ nəticəsində dağılan evlər