İki yük maşını toqquşdu - birini doğradılar

14 Oktyabr, 2018 12:59 | Hadisə | Baxış sayı: 84
SHACMAN - aşan maşın
SHACMAN - aşan maşın

Sürücü yük avtomobilində sıxılmış vəziyyətdə qalıbmış

Hacıqabul rayonunda iki yük maşını toqquşub.
 
İstiPress FHN-ə istinadən xəbər verir ki, “Shacman” və “Kamaz” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Shacman” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.