Azərbaycanlı Rusiyada polislərə hücum etdi - yaralandı

14 Oktyabr, 2018 16:49 | Hadisə | Baxış sayı: 73
Rusiya polisi
Rusiya polisi

Rusiya İstintaq Komitəsi cinayət işi açıb

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhər idarəsi 25 yaşlı azərbaycanlı barəsində cinayət işinə başlayıb. 

İstiPress-in məlumatına görə, həmyerlimiz hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Mənbəyə əsasən, oktyabrın 13-də polis əməkdaşları qaçırılmış avtomobili saxlayıblar. Avtomobildən çıxan şübhəli şəxs sağ əlində bıçaq tutaraq, polis əməkdaşlarına hücum edib. Havaya açılan xəbərdarlıq atəşindən sonra polis əməkdaşı hücum edən şəxsi tabel silahından atəş açaraq sağ çiynindən yaralayıb.

Hazırda cinayətkarın mühafizə altında xəstəxanada olduğu bildirilir. Ona qarşı ittihamın irəli sürülməsi və qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.