Bakıda baş verən qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

14 Oktyabr, 2017 14:34 | Hadisə | Baxış sayı: 365
Bakıda iki avtobus toqquşdu
Bakıda iki avtobus toqquşdu

Qəza zamanı 3 nəfər sərnişin yüngül xəsarət alıb

Bakıda iki marşrut avtobusu toqquşub.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumat görə, hadisə paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. 57 saylı marşrut xətti üzrə hərəkət edən, 90 RX 457 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Elnur İmanov yolun hərəkət hissəsinə çıxan piyadanı vurmamaq üçün qəfil əyləcə basıb. Nəticədə arxada hərəkətdə olan, Hafiz Məmmədovun idarə etdiyi 49 nömrəli, 99  XJ 572 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu 57 nömrəli avtobusa çırpılıb.

BNA-nın araşdırmaları nəticəsində məlum olub ki, qəza zamanı 3 nəfər sərnişin yüngül xəsarət alıb.

saat 14:02

Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var. 

İstiPress report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, "Neftçilər" metrostansiyasının yaxınlığında Vasif Məhərrəmov idarə etdiyi 49 nömrəli marşrut avtobusunu dayanacaqda dayanan 57 nömrəli marşrut avtobusuna çırpıb. Nəticədə hər iki avtobusun ümumilikdə 15 sərnişini xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib, yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.