Qonaq getdi, uşaq doğdu

14 Sentyabr, 2019 15:33 | Hadisə | Baxış sayı: 140
Körpə
Körpə

Rusiyalı qadın hamilə olmasından xəbərsiz olub

Rusiyada qonaq gedən qadın uşaq dünyaya gətirib. Məsələ bundadır ki, 28 yaşlı Tümen sakini hamilə olmasından xəbərsiz olub. Bundan öncə bir uşağı olan qadın 8 ay hamilə olmasından xəbərsiz olub. 

Qadın 3 kq çəkisi olan körpəsini valideynlərinin evində dünyaya gətirib. Qızlarının hamilə olmasından belə xəbərsiz olan nənə-baba dərhal təcili yardıma xəbər veriblər. 9 dəqiqəyə gələn həkimlər körpənin göbək ciyəsini dizenfeksiya etdikdən sonra onların hər ikisini xəstəxanaya çatdırıblar. 

Ailənin balaca oğlu xəbərsiz və qəfil gəlsə də hazırda vəziyyəti normaldır.