11-ci mərtəbədən düşən uşaq sağ qaldı

14 Sentyabr, 2019 11:39 | Hadisə | Baxış sayı: 60
Bina
Bina

Azyaşlı oyuncaqlarını atarkən yıxılıb

Rusiyanın paytaxtı Moskvada uşaq 11-ci mərtəbədən yıxılıb. 3 yaşlı körpə möcüzə nəticəsində sağ qalıb. 

Məlumata görə, uşaqlar 11-ci mərtəbədəki mənzillərin birində oynayıblar. Onlardan biri oyuncaqları pəncərədən atmağa başlayıb. Lakin ani ehtiyatsızlıqdan uşaq da oyuncaqlarla birlikdə pncərədən yıxılıb. 

Yaralı oğlan xəstəxanaya yerləşdirilib. Onun sag olduğu deyilsə də, vəziyyəti barədə ətraflı məlumat verilmir.