Daşkəsəndə həbsdən çıxan oğul ata-anasını baltaladı TƏFƏRRÜAT

14 Sentyabr, 2018 09:01 | Hadisə | Baxış sayı: 154
Baltalı şəxs
Baltalı şəxs

Ağır yaralı yaşlı cütlüyü xəstəxanaya digər övladları çatdıra bilib

Daşkəsəndə həbsdən çıxan oğul ata və anasını baltalayıb. Handisə ötən gün rayonun Qabaqtəpə kəndində baş verib. Kənddə yaşayan, 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova öz oğlu, Firdovsi İlyas oğlu Bağırov tərəfindən baltalanıblar. Hər iki şəxs baş və üz nahiyələrindən çoxsaylı ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Daşkəsəndə oğulun ata-anasını baltalamasının bəzi təfərrüatları məlum olub. O, anasının başına balta ilə bir neçə zərbə endirib, atasına isə küt alətlə zərbələr endirərək baş və üz nahiyəsinə ciddi xəsarətlər yetirib.

Hadisə zamanı F.Bağırovun sərxoş olduğu bildirilir. Narkotik maddə istifadəçisi olduğu üçün bir neçə il məhkumluq həyatı yaşayan F.Bağırov həyat yoldaşından ayrılaraq, ata-anasının yanında qalıb.

Onun bundan əvvəl də valideynləri ilə ailədaxili münaqişəsinin olduğu bildirilir. Hadisə zamanı ailənin yaxınlıqda olan digər övladı səs-küyə gəlib və ata-anasını avtomobilə mindirərək Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsində müalicəsi davam edən ər-arvadın vəziyyəti ağırdır.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.