Azərbaycanlı gənc Türkiyədə aşan traktorun altında can verdi

14 Sentyabr, 2018 14:45 | Hadisə | Baxış sayı: 78
Aşan traktor
Aşan traktor

Traktor idarəetməni itirib

Türkiyədə azərbaycanlı gənc qəza qurbanaı olub. İstiPress-in məlumatına görə, hadisə Türkiyənin Bursa şəhərində Nilüfər ilçəsinin Taxtalı Məhəlləsində qeydə alınıb.

24 yaşlı Rauaf Seyidovun idarə etdiyi traktor idarəetmədən çıxaraq aşıb. Gənc traktorun altında qalaraq hadisə yerində həyatını itirib. Bu gün mərhumun cənazəsinin Türkiyədən gətirilməsi gözlənilir.