Tacik prezidentin helikopteri adam öldürdü

14 Sentyabr, 2017 12:18 | Hadisə | Baxış sayı: 149
Helikopter
Helikopter

Hava limanının rəisi küləyin gücündən yıxılara qbaşını daşa vurub

Tacikistan prezidentinin içərisində olduğu helikopterdə ölüm hadisəsi olub. İstiPress-in məlumatına görə, ölən şəxs Xoroq hava limanının rəisidir. O, prezident İmomali Rahmonu yola salarkən ölüb. 

"Prezidentin helikopteri havaya qalxmağa başlayanda Dildor Maksudşoyev ona yaxın məsafədə dayanıb. Helikopterin pərlərinin güclü küləyi nəticəsində o yıxılıb və başı böyük daşa dəyib". 

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, o, həyatla üst-üstə düşməyən zədələr alıb və xəstəxanaya aparılarkən yolda keçinib.  

Xoroqdan prezidentin helikopteri Düşənbəyə yola düşüb. Prezidentin bu hadisəyə reaksiyası isə bilinmir.