Quran öyrədilən məktəb yandı, şagirdlər öldü VİDEO

14 Sentyabr, 2017 09:05 | Hadisə | Baxış sayı: 190
Yanğın
Yanğın

Hadisə müsəlman uşaqların internat evində baş verib

Malayziyanın paytaxtı Kuala-Lumpurda dini məktəbdə güclü yanğın baş verib. İstiPress-in məlumatına görə, müsəlman ailələrinin uşaqları üçün nəzərdə tutulan internat evində yanğın ilkin məlumata görə, 25 nəfərin ölümünə səbəb olub. 

Ölənlərdən 22 nəfəri şagird, 3-i isə müəllimdir. Daha dörd nəfər ağır formada hospitala çatdırılıb. 

Quran dərsləri verilən üçmərtəbəli binada yanğın gecə saat 05 radələrində başlayıb. Bu zaman isə məktəbdəkilər yuxuda olublar. 

Faciə ilə əlaqədar Malayziyanın baş naziri Nəcib Rəzzak ölənlərin yaxınlarına baş başsağlığı verib.

Hələlik alovların nədən yarandığı bilinmir.