Azərbaycanda da məşhur olan saytın redaktoru ölü tapıldı

14 Sentyabr, 2017 14:05 | Hadisə | Baxış sayı: 628
Meyit
Meyit

Onun meyitini həyətdə asılı vəziyyətdə həyat yoldaşı aşkarlayıb

"İnterfax" agentliyinin redaktoru Yuri Nikifirovun meyiti tapılıb.

İstiPress-in rus mətbuatına istinadən məlumatına görə, onun meyitini Moskva vilayətinin Odintsevo şəhərində həyətdə asılı vəziyyətdə həyat yoldaşı aşkarlayıb.

33 yaşlı jurnalistin ölümünün səbəbləri araşdırılır.