Toy karvanındakı “Range Rover”dən silah səsləri gəldi

14 Avqust, 2019 15:42 | Hadisə | Baxış sayı: 73
Toyda atışma
Toyda atışma

Sankt Peterburqda havaya atəş açan sürücünü polis saxladı

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında toy kortejində olan “Range Rover” markalı avtomobildən travmatik silahla havaya atəş açılıb. Hadisə avqustun 11-də Kolpinski şossesində, Puşkin rayonu istiqamətində baş verib.

Bu barədə polisə şahidlər məlumat veriblər. Onların sözlərinə görə, Qafqaz əsilli bir nəfər avtomobilin lyukundan çıxaraq tapançadan havaya bir neçə dəfə atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Polisin saxladığı 34 yaşlı şəxsdən “Grand Power” markalı tapança götürülüb. Rusiya mətbuatında bu şəxsin azərbaycanlı olduğu haqqında xəbər yayılıb. 

Faktla bağlı cinayət işi açılıb. Şübhəli  şəxs başqa yerə getməmək şərti ilə azadlığa buraxılıb.

Saxlanılan şəxs "range Rover"in sahibidir. Bu maşın yol poliis əməkdaşlarına yaxşı tanışdır. Belə ki, adı açıqlanmayan sürücünün ancaq 2019-cu ildə yol hərəkəti qaydalarını pozduğu üçün 11 cəriməsi olub.