“Palmali"nin "Rəsulzadə" gəmisində qəza YENİLƏNİB

14 Avqust, 2019 15:57 | Hadisə | Baxış sayı: 210
Gəmi
Gəmi

Özündən on dəfə böyük gəmi "Rəsulzadə"yə çırpıldı

M.Ə.Rəsulzadənin adını daşıyan gəmini vuran “Doric Warrior” gəmisi barəsində İstanbul prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. Bu barədə məlumatı "Palmali" Şirkətlər Qrupunun prezidenti iş adamı Mübariz Mənsimov "İnstagram" səhifəsində paylaşıb. O, qeyd edib ki, gəmi barəsində həbs qətiimkan tədbiri seçilib.

O, "Rəsulzadə" gəmisinin ilk yükünü daşımaq üçün səfərə hazırlaşdığını, 3-4 günə onun yenidən hazır vəziyyətə gətiriləcəyini də bildirib. 

Saat 09:28

Azərbaycan əsilli iş adamı, “Palmali" Şirkətinin rəhbəri Mübariz Mənsimovun bir necə gün öncə suya buraxdığı, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olan Məmməd Əmin Rəsulzadənin adı ilə adlandırdığı gəmisi qəzaya uğrayıb. Bu barədə iş adamı özü "İnstagram" səhifəsində məlumat paylaşıb. 

O, qeyd edib ki, gəmi Liberiya bayraqlı “Doric Warrior” gəmisi ilə toqquşub. "Daha doğrusu, gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vuruldu. Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur. 

Gəmiyə dayandığı yerdə vurmaq bir cinayətdir! Sonuna qədər araşdırma aparacağıq".

M.Mənsimov qeyd edib ki, “Rəsulzadə” gəmisinə çırpılan gəmi ondan on dəfə böyükdür. Ancaq buna baxmayaraq gəmi batmayıb.