Türk restoranına silahlı hücumda ölənlərin sayı artdı - YENİLƏNİB

14 Avqust, 2017 10:44 | Hadisə | Baxış sayı: 272
Kafeyə hücum
Kafeyə hücum

28 nəfər həlak olub

Türk restoranına silahlı hücum nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb. Bu barədə türk mətbuatı xəbər yayıb.

saat 08:34

Burkina-Fasoda türk restoranına silahlı hücum nəticəsində 17 nəfər ölüb, 8 nəfər yaralanıb.

İstiPress AP agentliyinə istinadən xəbər verir ki, həlak olanların və zərər çəkənlərin vətəndaşlığı dəqiqləşdirilmir.

Onlar arasında Türkyə vətəndaşları var.

Hadisə yerli vaxtla saat 21.30 baş verib.