Mingəçevirdə DƏHŞƏTLİ HADİSƏ: 8 yaşlı uşaq zorlandı

14 Avqust, 2017 16:49 | Hadisə | Baxış sayı: 574
Uşaq (Arxiv)
Uşaq (Arxiv)

Uşaq hər şeyi valideynlərinə danışıb

Mingəçevir şəhərində 8 yaşlı oğlan narkotik aludəçisi olan şəxs tərəfindən zorlanıb. İstiPress Report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev prospektində yerləşən 73 saylı binanın zirzəmisində baş verib.

Belə ki, təqribən 35-38 yaşlarında olan Ağali Sadıqov 8 yaşlı qonşusunu aldadaraq zirzəmiyə aparıb və onu zorlayıb.

Hadisədən xəbər tutanlar bu barədə zərərçəkənin yaxınlarına məlumat verdikdən sonra uşaq hər şeyi valideynlərinə danışıb.

Narkotik aludəçisi olan A.Sadıqov hadisə barədə başqalarının xəbər tutmasından sonra qaçıb gizlənməyə çalışıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Sadıqov saxlanılaraq istintaqa cəlb olunub. İlkin araşdırmalar zamanı onun dəfələrlə azyaşlını cinsi istismara məruz qoyaraq zorladığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, A.Sadıqov həyat yoldaşından boşanıb və iki uşağı var.