Bakıda 23 yaşlı oğlan özünü 10-cu mərtəbədən atdı

14 Avqust, 2017 09:15 | Hadisə | Baxış sayı: 123
İntihar (Arxiv)
İntihar (Arxiv)

Oğlan hadisə yerində dünyasını dəyişib

Bakıda intihar hadisəsi baş verib.

İstiPress-in Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Musayev Həzrət Əsədulla oğlu Nizami rayonu, Elşən Süleymanov küçəsi, məhəllə 2383-də 49 saylı binanın 10-cu mərtəbəsindən, 154 saylı mənzildən özünü atıb. H.Musayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Fakla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.