Bakıda jurnalistin qızı və arvadı intihar etdi

14 İyun, 2019 16:20 | Hadisə | Baxış sayı: 343
İntihar edən qız
İntihar edən qız

Özlərini atan iki qadın hadisə yerindəcə keçiniblər

Bakıda jurnalistin həyat yoldaşı və qızı intihar edib. Hadisə iyunun 14-də saat 13:00 radələrində baş verib.

İstiPress-in məlumatına görə, bu barədə "apa"ya Yasamal rayon Prokurorluğundan məlumat verilib.

Ana və qız özlərini 10-cu mərtəbədən atıb. İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və 1990-cı il təvəllüdlü Allaherdiyeva Xədicə İsmayıl qızıdır. 

Məlumata görə, əvvəl anası özünü evin pəncərəsindən atıb. Qızı bu dərdə dözməyərək, eyni yolla intihar edib. Allahverdiyeva Rübabənin şizofreniyadan əziyyət çəkdiyi bildirilir. 

Qeyd edilib ki, ölənlər “Respublika” qəzetinin baş redaktorunun müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızıdır.

Faktla bağlı araşdırma aparılır. 

14:10

Bu gün günorta saatlarında paytaxtda dəhşətli intihar hadisəsi baş verib. Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində ana və onun 18 yaşlı qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıblar. Şahidlərin sözlərinə görə, əvvəlcə qız, ardınca da ana intihar edib. Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.