Türkiyədə azərbaycanlı qadını öldürən əri intihar edib

14 İyun, 2018 14:52 | Hadisə | Baxış sayı: 115
Taner Parlar
Taner Parlar

Qətldən bir neçə saat əvvəl "Facebook" şəklini qaraldıbmış

Türkiyənin İqdır vilayətinin Qaraqoyunlu bölgəsinin Şıracı kəndində azərbaycanlı qadın dini nikahda olduğu kişi tərəfindən öldürülüb.

İstiPress-in “Hurriyet.com.tr”a istinadən verdiyi xəbərə görə,  35 yaşlı Taner Parlarla iki uşağının anası olan həyat yoldaşı Heyran Hüseynova arasında naməlum səbəbdən mübahisə yaşanıb. Nəticədə Taner Parlar silahı ilə H. Hüseynovanın başından vuraraq öldürüb. Daha sonra kəndin icra başçısı olan böyük qardaşı Şahin Parlara zəng edərək cinayət törətdiyini etiraf edib və özünə də ürəyindən atəş açaraq intihar edib. Şahin Parlar qardaşından cavab almçadıqda evə qaçıb və hər ikisinin meyitini tapıb.  Onların meyitləri ekspertiza üçün İqdır dövlət xəstaxanasına göndərilib.

Qeyd edək ki, onların iki övladı var. Uşaqlar hadisə baş verən zaman evdə yatırmışlar. Cinayəti törətmiş T. Parların rəsmi nikahda olduğu arvadından isə üç uşağı var.

Yaxınları Taner Parlarının iqtisadi vəziyyətinin yaxşı olduğunu və Heyranla münasibətlərinin həddindən yaxşı olduğunu və qətlin  səbəbini anlamadıqlarını söyləyiblər. Digər tərəfdən Taner Parlar qətldən bir neçə saat əvvəl "Facebook" hesabındakı profil şəklini qaraldıbmış.

Faktla bağlı araşdırma aparılır.