Biləsuvarda piyada vurulub

14 İyun, 2017 19:15 | Hadisə | Baxış sayı: 21
Avtoqəza
Avtoqəza

14 yaşlı piyadanı yük avtomobili vurub

Biləsuvar rayonunda 14 yaşlı piyadanı avtomobil vurub. 

İstiPress-in məlumata görə, hadisə rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb. 

Kənd sakini 14 yaşlı Zaur Zabil oğlu Məmmədli yolu keçmək istəyərkən onu “Ford” markalı yük avtomobili vurub. Yaralı dərhal yaxınları tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Mənbə: APA