Qusarda ata-anasını görmək üçün kəndə gedən Qarabağ qazisi öldü

14 May, 2019 13:55 | Hadisə | Baxış sayı: 252
Yas çadırı
Yas çadırı

47 yaşlı qazi inşaat işləri aparmağa hazırlaşarkən keçinib

Qusarda Qarabağ qazisi qəfil dünyasını dəyişib. İstiPress-in Şimal bürosunun məlumatına görə, Azərbaycan Qarabağ əllilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Qusar filialının sədri Canəli Hörmətovdan aldığımız məlumata görə, 47 yaşlı Qarabağ qazisi, 2-ci qrup Qarabağ əlili Elşad Sahib oğlu Dövlətov valideynlərini görmək üçün rayonun Əcəxuroba kəndinə gəlib.

O, ata evini təmir etmək istəyib, inşaat materiallarını da gətirib həyətə boşaltdırıb. Bu zaman Elşad Dövlətov özünü pis hiss edib və az sonra keçinib. Mərhumun qan təzyiqindən əziyyət çəkdiyi deyilir.