Bakının mərkəzində boru partladı, tıxac yarandı

14 May, 2019 17:47 | Hadisə | Baxış sayı: 82
Tıxac
Tıxac

Svetoforlarda yaşıl dalğa tətbiq edilib

Bakının mərkəzindəki su xəttində baş verən qəza nəqliyyatın hərəkətində problem yaradıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qəza Rəşid Behbudov küçəsindən keçən su xəttində baş verib. Nəticədə yolun hərəkət hissəsində müəyyən çətinliklər yaranıb. Bu səbəbdən də hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

"Hazırda hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür. Svetoforlarda yaşıl dalğa tətbiq edilib".