Bakıda qadın ərinin 5100 dollarını gizli xərcləyib polisi aldatdı

14 May, 2019 13:15 | Hadisə | Baxış sayı: 68
Dollar kreditləri
Dollar kreditləri

Qorxan qadın evə oğru girdiyini deyib

Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10 radələrində evinə girmiş 2 maskalı şəxsin onu bıçaqla hədələyib oradan 5100 ABŞ dolları apardığını bildirib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparılmış araşdırmalarla quldurluq barədə verilmiş məlumat təsdiqini tapmayıb. Qadının pulu xərcləməsi və ərindən qorxduğu üçün polisə yalan məlumat verməsi müəyyən edilib.