İntihar edən şagirdin vida məktubu

14 May, 2018 19:33 | Hadisə | Baxış sayı: 532
Pənah Quliyev
Pənah Quliyev

Dünən qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyevin məktubu ortaya çıxıb.

İstiPress-in məlumatına görə, mərhum  intihar etmədən əvvəl anasına məktub yazıb. Orada "Evlərin hamısını anama verirəm, əgər qalsa. Özünə yeni həyat qur, mənə görə də özünə heç nə etmə. Eləsən haqqımı halal eləmirəm", - deyə yazıb.

Evin tək oğlu olan Pənahın atası Mərkəz kişi aprelin 17-də qəza nəticəsində vəfat edib. İmtahan öncəsi bu hadisə də Pənaha mənfi təsir edib. P. Quliyevin ailəsi Qubadlı rayonundan məcburi köçkün düşüb. Özü də Sumqayıtda yerləşən Qubadlı Saray məktəbində təhsil alıb. 37 yaşlı anası isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyib. 

Pənah Quliyevin son məktubu
Pənah Quliyevin son məktubu

Pənah imtahandan çıxanda deyib ki, "yaxşı yazmışam, inşallah qəbul olaram". Sonra müəllimləri testi yoxladı, təxminən 200-210 bal toplayıbmış. Amma onun istədiyi fakültəyə bal 400-dən yuxarı olmalıdı.  Özü "əşşi girməmişəm, girməmişəm də" deyib. Amma ehtimal var ki,  həm atasına görə, həm öz istədiyi fakültəyə düşmədiyi üçün stress keçirib. 

Hadisə gecə saat 12-nin yarısında baş verib. Evdə anası yatmış olub.Qohumları deyir ki, P. Quliyevə qarşı hər hansı ailə təzyiqi və ya danlama olmayıb.