Yaşlı kişi müəmmalı şəkildə suda boğuldu

14 Aprel, 2019 11:16 | Hadisə | Baxış sayı: 142
Batan adamı sudan çıxaran dalğıclar
Batan adamı sudan çıxaran dalğıclar

Meyit artıq sudan çıxarılıb

Xaçmazın Qımılqışlaq kəndindəki sünu göldə 58 yaşlı kişi boğulub ölüb. Ölən şəxsin Qubanın Küpçalqışlaq kənd sakini Ulham Ərəbov olduğu müəyyənləşib.

İstiPress-in şimal bürosunun məlumatına görə, onun meyidini sudan FHN-nin xilasediciləri çıxarıb.

Xaçmaz rayon  prokurorluğunda faktın araşdırılmasına başlanılıb. İlham Ərəbovun süni gölə hansı şəraitdə - ehtiyatsızlıqdan və ya qəsdən suya düşməsi araşdırılır.