Üç ayın gəlini özünü asdı

14 Aprel, 2019 16:35 | Hadisə | Baxış sayı: 179
İntihar - ARXİV
İntihar - ARXİV

Hadisə gecə saatlarında baş verib

İsmayıllıda 3 ayın gəlini özünü asaraq öldürüb.

İstiPress-in məlumatına görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, rayonun Qaraqaya kəndindən İvanovkaya gəlin köçən Hüseynova (Behbudlu) Mahirə Ayət qızı gecə saatlarında özünü öldürüb.

Ölümün hansı səbəbdən baş verməsi hüquq-mühafizə orqanlarının  araşdırmalarından sonra bəlli olacaq. Qadının meyiti bu gün doğulduğu Qaraqaya kəndində dəfn edilib.

Faktla bağlı araşdırma aparılır.