Şəhər sakini əmisini döyüb xəstəxanalıq etdi

14 Aprel, 2019 14:57 | Hadisə | Baxış sayı: 48
Təcili yardım maşını
Təcili yardım maşını

57 yaşlı kişi öz evində döyülüb

Sumqayıt şəhərində döyülmə hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, əmi ilə qardaşı oğlu arasında düşən mübahisə sonda döyülmə ilə nəticələnib. 1962-ci il təvəllüdlü Yaşar Şahverdiyev öz evində qardaşı oğlu tərəfindən döyülüb. Xəsarət alan Y.Şahverdiyev xəstəxanaya gətirilib və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.