Gənc qadını öldürüb sahilə atdılar

14 Aprel, 2019 11:57 | Hadisə | Baxış sayı: 107
Morq
Morq

Öldürülən qadının əri onu morqa aparan şəxs bıçaqladı

Axşam saatlarında İmişli şəhərində qətl hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, rayonun 1990-cı il təvəllüdlü Ölcələr kənd sakini Məmmədova Vahidə Mahmud qızı qətlə yetirilərək Araz çayı sahilinə atılıb.

Daha sonra meyiti morqa gətirən 1994-cü il təvəllüdlü Qulubəyli kənd sakini Surxayzadə Anar Füzuli oğlu da bıçaqlanıb.

İlkin məlumata görə, qadını rayonun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu qətlə yetirib. Meyiti gətirən sürücü A.Surxayzadəni isə qətlə yetirilmiş qadının əri Məmmədov Ümidvar Mustafa oğlu bıçaqlayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.