Yol qəzasında ölən 3 nəfərin kimliyi bilindi - YENİLƏNİB

14 Aprel, 2019 15:57 | Hadisə | Baxış sayı: 204
Yol qəzası
Yol qəzası

Avtomobilin sürücüsü idarəetməni itirib

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

İstiPress-in məlumatına görə, İsmayıllının Lahıc qəsəbəsi və Şamaxının Dəmirçi kəndini birləşdirən avtomobil yolunda "BMV" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Oğuz rayonu Padar kənd sakini, 1979-cu il təvəllüdlü Kərimov Kənan Səyyah oğlu, Abşeron rayonu Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev İsa Rövşən oğlu və Masazır qəsəbə sakini, 1983-cü il təvəllüdlü Allahverdiyev Ramin Yaqub oğluhadisə yerində ölüblər.

Faktla bağlı İsmayılll rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

13: 57

İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, hadisə İsmayıllı-Lahıc-Dəmirçi yolunun 5-ci kilometrliyində, rayonun Əhən kəndi ərazisində baş verib.

Lahıcdan Şamaxı istiqamətində hərəkət edən BMW markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı 3 nəfər hadisə yerində ölüb. Daha 1 nəfər isə ağır xəsarətlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.