Azərbaycanda bir uşaq anası güllələndi

14 Aprel, 2018 14:49 | Hadisə | Baxış sayı: 166
Ov tüfəngi
Ov tüfəngi

Qazax rayonunda güllələnmə hadisəsi baş verib.
 
İstiPress-in məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.

Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
 
Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.