Azərbaycanın qonşusunda güclü zəlzələ xəbərdarlığı

14 Mart, 2019 12:45 | Hadisə | Baxış sayı: 176
Zəlzələ
Zəlzələ

Dedikləri düz çıxan zəlzələ kahinindən yeni proqnoz

Zəlzələlər ilə bağlı araşdırma aparan mütəxəssis xəbərdar etdi - Türkiyədə güclü zələzlə ola bilər. İstiPress-in məlumatına görə, zəlzələ ilə bağlı proqnozlar verən və bu proqnozları özünü doğruldan Frank Hoogerbeets yaxın tarixdə yünidən yüksək seysmik fəaliyyət gözlənildiyini deyib. 

Hollandiyalı Hoogerbeets 13-17 mart aralığında kosmik fəzada baş verəcək bəzi proseslərlə bağlı olaraq yer qabığında seysmik fəallığın yüksələcəyini deyib. O, mümkün zələzlənin məkanları haqqında da bəzi təxminlər səsləndirib. Holland mütəxəssisin sözlərinə görə, Rusyanın Kamçatka və Yaponiya sahillərində yenidən zələzlə ola bilər. Bundan başqa Türkiyənin, özəlliklə Aralıq və Egey dənizi sahil ərazilərində seysmik aktivliyin müşahidə edilə biləcəyi haqqında xəbərdarlıq edib. 

"Türkiyədə 7, 5 bal gücündə bir zəlzələ olmaq ehtimalı böyükdür. Zəlzələ Anadoluda, İstanbul yaxınlıqlarında da ola bilər. Yəni növbəti yer Türkiyə ola bilər". 

Xatırladaq ki, Hoogerbeets fevral və martın əvəllərində güclü zəlzələlər olacağını deyib. Onun ilk təxmini özünü doğruldub və Ekvatorda fevralın 25-də dağıdıcı gücə malik təkanlar qeydə alınıb. 

Hollandiyalı zələzlə araşdırmaçısının ikinci təxmini də doğru olub. Peruda martın 1-də 7,4 bal gücündə zəlzələ olub. 

Onun proqnozları 1960-64 -cü illərdə Çilidə baş verən 9,5, Alyaskadakı 9,2 bal gücündəki zəlzələlərə, eləcədə kosmosda planetlər arasındakı əalqələrə əsaslanıb. Hər iki dövrdə bəzi şərtlərin, şəraitin üst-üstə düşdüyü deyilmişdi. 

Bundan sonra o yeni açıqlama ilə çıxış edərək 7-9 mart arasında növbəti təkan proqnozunu verib. Nəticədə həmin tarixdən cəmi 1 gün sonra Tonqa və Fici də 6,2 bal gücündə təbii fəlakət qeydə alınıb.