Azərbaycanda 10 yaşlı uşaq qardaşını güllələdi

14 Mart, 2018 10:55 | Hadisə | Baxış sayı: 209
Ov tüfəngi
Ov tüfəngi

13 yaşlı Rəvan dərhal xəstəxanaya çatdırılıb

Xaçmazda valideynlərin ehtiyatsızlığı az qala faciəyə səbəb olurdu. İstiPress-in Şimal bürosunun məlumatına görə, İlxıçı kəndində 13 yaşlı uşaq ehtiyatsızlıqdan güllə yarası alıb.

Kənd sakini Rəvan Şıxəliyev axşam saatlarında Xaçmaz rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra uşağın vəziyyəti yaxşılaşıb.

İlkin məlumata görə, hadisə Rəvan evdə qardaşı ilə oyun oynayarkən baş verib. Silahı əlinə alan və 10 yaşı olduğu bildirilən qardaş onunla davranış qaydalarını bilmədiyi üçün atəş açılıb. Çıxan güllə isə Rəvana dəyib.

Xaçmaz prokurorluğunda faktla bağlı araşdırmaya aparılır.