70 yaşlı kişi öz evində yanıb öldü

14 Mart, 2018 11:17 | Hadisə | Baxış sayı: 131
Yanğın
Yanğın

FHN kişinin kül olmş meyitini tapıb

Qubada 70 yaşlı kişinin yanaraq ölməsi ilə nəticələnən hadisə baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə Aşağı Atuc kəndində gecə saatlarında baş verib.

70 yaşlı Fazil Əlipaşayevə məxsus ev yanıb. Hadisə yerinə gələn FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğın söndürmə avtomobili alovun genişlənməsinin qarşısını almağa çalışsa da, ev tamamilə yanıb.

Yanğın söndürüldükdən sonra ev sahibi, 70 yaşlı Fazil Əlipaşayevin kül olmuş meyidi tapılıb. Onun sərxoş həyat tərzi keçirdiyi deyilir.

Evin ehtiyatsızlıqdan və ya digər hansı səbəblərdən yanması Quba rayon prokurorluğunun istintaqı zamanı məlum olacaq. Yanmış meyitdən ekspertiza üçün nümunələr götürülüb.