Məmur hamam keyfinə görə canından oldu

14 Fevral, 2020 11:20 | Hadisə | Baxış sayı: 288
Hamam
Hamam

Karantində ola-ola hamama gedən məmur güllələndi

Şimali Koreyada hamam keyfi məmura baha başa gəlib. Şimali Koreyanın başçısı Kim Çen İn Çinə səfər edən ticarət nazirliyinin yüksək vəzifəli şəxsi koronavirüs şübhəsi ilə karantinə alınmasına dair əmr imzalayıb. Kim Çen İn əmrini pozan vəzifəli şəxs karantində ola-ola hamama gedib. Bundan xəbər tutan dövlət başçısı üçün onu həbs etdirib. 

Məhkəmənin qərarı ilə Kim Çen İnin əmrini pozan məmur dünən güllələnərək öldürülüb. 

Xatırladaq ki, adıçəkilən virus Çində 1300-dən artıq adamın ölümünə səbəb olub. Virus dünyanın onlarla ölkəsində də müşahidə olunub. Şimali Koreyaya bu xəstəlik sıçramasa da, ölkədə Çinlə yaxınlıqda yerləşən bölgələrdə ciddi təhlükəsizlik tədbirləri görülüb. Hökumt rəsmiləri mübarizə ilə tərs mütanasib olacaq davranışlar nümayiş etdirəcək şəxslərin ciddi cəzalandırılacağını açıqlayıb.