42 yaşlı qadın epilepsiya xəstəsi olub
Bakaıda qadın metro qatarının altında qaldı. İstiPrees-in məlumatına görə, hadisə dünən axşam saatlarında Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasında baş verib. Sevinc Məmmədova adlı qadın qatar gələn anda reyslərin üzərinə düşüb.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, hadisə saat 18:49-da "Həzi Aslanov"-"Dərnəgül" istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın hərəkəti zamanı qeydə alınıb.
"İntihar deyil. 1976-cı il təvəllüdlü Sevinc Rafiq qızı Məmmədova epilepsiya xəstəsi olub, tutması tutduğu üçün yıxılıb. Qatarın hərəkətində bir neçə dəqiqəlik gecikmə olub. Reyslərin üzərinə yıxılan qadın xoşbəxtlikdən xəsarət almayıb".
S.Məmmədova təcili yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.
İcra başçısı xəstəxanadakı yaralılara baş çəkib
Mühərrik hissəsində qısaqapanma olub
“1 manatlıq” taksiyə minibmiş
Əvvəllər məhkum olmuş şəxs cinayəti etiraf edib
Oğlunu dünyaya gətirən 19 yaşlı ana öldü