Pakistanda terror - 16 ölü, 82 yaralı

14 Fevral, 2017 00:36 | Hadisə | Baxış sayı: 87
Pakistanda terror - 16 ölü, 82 yaralı
Pakistanda terror - 16 ölü, 82 yaralı

Ölənlər arasında yüksək vəzifəli polis əməkdaşları da var

Bazar ertəsi Pakistanın Lahor şəhərində törədilən partlayış nəticəsində 16 nəfər ölüb, 82 nəfər yaralanıb.

İstiPress "RİA Novisti"agentliyinə istinadən xəbər verir ki, ölənlərin sayı bəzi məlumatlara görə 13 nəfər təşkil edir. Partlayış dünən axşam saatlarında Çerrinq Kross meydanında baş verib. Həmin zaman meydanda dərman preparatlarının dövriyyəsinə nəzarət üzrə qanunvericiliyə dəyişiklik əleyhinə etiraz aksiyası keçirilib. Meydanda dərman şirkəti, tibb müəssisəsi və aptek şəbəkəsinin yüzlərlə əməkdaşı olub.

Ölənlər arasında yüksək vəzifəli polis əməkdaşları da var.

"Reuters"in məlumatına görə, "Taliban" terror təşkilatının bölməsi sayılan "Camaat-ur-Əhrar" qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.